Cəbhədən Xəbər 

Rusiya sülhməramlılarının polkovnikindən Qarabağla bağlı AÇIQLAMA

 

Dağlıq Qarabağda yeni atəşkəs pozuntuları və təxribatlar qeydə alınmayıb.

“RİA Novosti”nin məlumatına görə, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti mərkəzinin müavini, polkovnik Dmitri Perepelkin açıqlayıb.

“Sülhməramlıların əməliyyat zonasında vəziyyət sakitdir. Atəşkəs pozuntuları və ya təxribat qeydə alınmayıb. Vəziyyət gecə-gündüz izlənilir”, – deyə o bildirib.

Polkovnik əlavə edib ki, Rusiya Federasiyası sülhməramlıları Dağlıq Qarabağdakı atəşkəs və döyüş əməliyyatlarının dayandırılması barədə razılaşmaların icrasını izləməyə davam edir.

Daha çox xəbərlər