Qlobal siyasət dünyanı necə dəyişəcəcək?
Donald Trampın gedişi dünya siyasətinin üzünü dəyişdirəcək. İqlim böhranı və COVID-19 virusuna qarşı aparılan tədbirlər bütün xalqlara öz təsirini göstərəcək. Bir çoxları isə daha çox çətinliklərlə üzləşəcəklər. Baş verən hadisələr ətrafında müşahidə aparan müxtəlif siyasətçilər qarşıdakı 12 ayı araşdırarakən bu qənaətə gəliblər ki, 2021-ci ilin başlanğıcı dünyanı qorxu və ümid müşayiət edəcək. Belə ki, keçən il elm adamları bu vaxta qədər mövcud olmayan bir xəstəlik üzərində müşahidə apararaq, bir neçə peyvənd hazırladılar. Lakin Amerika və İngiltərə daxil olmaqla bir çox ölkə hələ də pandemiyanın ən kritik –ölümcül dövründə büdrəməkdədir.
COVID-19 hətta ən zəngin ölkələrdə belə aylar keçsə də, təsiri keçməyəcək. İngiltərə peyvəndin istifadəsini təsdiqləyən ilk ölkə olaraq geniş tədarükə başlasa da, Boris Consonun ən tez Pasxaya qədər həyatın normala qayıdacağı təklifini nikbin xəbər kimi düşünmək olar. Digər ölkələr, əsasən də cənub ölkələrinin peyvəndi almağı uzun çəkəcək. COVID-19-un hər yerdə çökdürdüyü iqtisadiyyat hər bir ölkədə çox çətinliklə bərpa olunacaq.
Koronavirusu sürətlə nəzarətə alan və dirçəlməyə başlayan Çin ötən ilin dekabr ayının sonundan Avropa ilə apardığı ticarət sövdələşməsi iqtisadiyyatın qlobal investorlar üçün nə qədər cəlbedici olduğunu göstərdi. Ancaq COVID-19-un mənşəyi ilə bağlı müstəqil beynəlxalq araşdırmaya icazə verməkdən açıqca çəkindiyinə görə, hələ də, Çinə qarşı bir çox ölkədə küskünlük var.
Lakin xəstəlik tamamilə bitəndə, artıq dünya digər illərdə olduğu kimi mühüm problemlərlə qarşı-qarşıya qalacaq. Buna hadisələrdən ən aktualı, daha dəqiq, siyasətçilərin dili ilə desək iqlim böhranını misal göstərmək olar. Meşə yanğınları və ekstremal hava şəraiti bütün fikirləri yenə qlobal istiləşməyə yönəldəcək.
Noyabr ayında Qlazqoda dünya liderlərinin əsas zirvə görüşü üçün bir araya gələcəklər. Pandemiya səbəbindən təxirə salınan görüş mühüm qərarların qəbulu üçün olduqca vacib hesab olunur.
ABŞ-ın yeni prezidenti seçilən Co Baydenin ilk qərarı COVID-19-u məğlub etmək adı altında başlayacağı kampaniya olacaq. Siyasətçilər bu qərarın Bayden üçün uğurlu olacağını güman edirlər. Donald Trampın təcavüzkar “Amerika Birincisi” layihəsi onu beynəlxalq öhdəliklərdən çəkildiyini və NATO kimi çoxtərəfli qurumlara hücum etdikdən sonra Bayden ölkəsinin xaricdəki nüfuzunu necə bərpa edəcəyini də düşünməlidir. Trampın dövründə sürətlə pisləşən Pekin ilə əlaqələrin də xüsusi diqqət mərkəzində olacağı ehtimal olunur.
theguardian.com saytının materialları əsasında hazırladı:
Leyla Şıxəli Bayramlı, “İki sahil”

