Sosial 

Adı gələndə düşməni qorxuya salan “Türk Harun” – VİDEO

Vətən müharibəsi qəhrəmanlarından biri də ”Türk Harun” kimi tanınan Harun Alqayevdir.

ARANTV.AZ “Xəzərxəbər“ə istinadən xəbər verir ki, “Türk Harun” adı gələndə belə ermənilər qorxuya düşürdü.

Adını tarixə qızıl hərflərlə yazdıran kəşfiyyatçı Harun Alqayev Balakənin Gərəkli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olan şəhid qəhrəmanımız oranı yüksək qiymətlərlə bitirərək 2010-cu ildə Ali hərbi məktəbə daxil olub. O, Akademiyanı da fərqlənmə diplomu ilə başa vurub. Rus və erməni dillərini mükəmməl bilən Harun Alqayev ötən ilin may ayında çoxdan arzuladığı Xüsusi Təyinatlı Qüvvələrin üzvü kimi fəaliyyət göstərib və döyüşlərdə iştirak edib. Onun ən böyük arzusu torpaqlarımızı düşməndən tapdağından azad etmək olub. Harun Alqayevin bir çox yüksəkliklərin alınmasında, düşmənin canlı qüvvəsinin məhv edilməsində böyük rolu var. O, Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Alqayevlər ailəsinin iki oğul övladı var. Onların hər ikisi Vətən müharibəsində iştirak edib. Biri vətən müharibəsində tarix yazaraq şəhid olub, digəri isə qazi kimi evlərinə dönüb.

Harun Algayev “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Daha çox xəbərlər