Hadisə 

Şəmkirdə minik maşını aşıb, xəsarət alanlar var

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ bildirir ki, hərəkətə olan “VAZ” markalı minik maşını  idarə etməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 20 yaşlı Abbasov Nəriman və onun həmyaşıdı Məhərrəmli Eltun xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafiə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər