Braziliyada ötən sutka koronavirusdan 1 110 nəfər ölüb
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 64 025 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 195 637 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 110 nəfər ölüb, ölənlərin ümumi sayı 204 690 nəfər təşkil edir.

