20 YANVAR FACİƏSİNİN 31-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI Azərbaycan Vətən Müharibəsi Veterenları ictimai birliyinin Bərdə rayon təşkilatının sədri İsmayil Rüstəmov Bərdə şəhərindəki Şəhidlər qəbristanlığında uyuyan şəhid məzarlarını ziyarət etmişlər-FOTO
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş 20 Yanvar faciəsindən 31 il keçir. 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olaraq xatırlansa da, eyni zamanda azadlıq uğrunda birləşmiş xalqımızın müstəqilliyə gedən yolunda şərəfli bir gün kimi qəbul edilir.
ARANTV.AZ xəbər veri ki, Faciənin 31-ci ildönümü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veterenları ictimai birliyinin Bərdə rayon təşkilatının sədri 2-ci qurup əlil,Qarabağ Qazi İsmayil Rüstəmov,və təşkilat üzvləri Ümumxalq Hüzn Günündə Bərdə şəhərindəki Şəhidlər qəbristanlığında uyuyan şəhid məzarlarını ziyarət etmiş, daha sonra Cəyirli kəndindəki şəhidlər abidəsinə baş çəkməklə abidə önünə gül dəstəsi qoyaraq şəhidlərin xatirəsini yad etmişlər, şəhid ailələri ilə görüşmüşlər..













