Cəmiyyət 

Türkiyədə fahişə əməliyyatı: Azərbaycanlı qadınlar tutuldu

Türkiyənin Trabzon bölgəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 25 əcnəbi qadın saxlanılıb.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, saxlanılan şəxslər fahişəlik etməkdə ittiham olunur.

Məlumata görə, əməliyyat Trabzonun Ortahisar rayonunun Taşbaşı məhəlləsində yerləşən əyləncə klublarından birində keçirilib.

Saxlanılan qadınlardan 12-si Azərbaycan, üçü Gürcüstan, üçü Rusiya, dördü Ukrayna, biri Özbəkistan, biri Qırğızıstan və biri Moldova vətəndaşıdır.

Onlar ekstradisiya edilmək üçün miqrasiya idarəsinə təhvil verilib.

Daha çox xəbərlər