Təhsil 

“Biz imtahan sözündən imtina etmişik” – Təhsil Nazirliyi

Orta məktəblərdə keçirilən qiymətləndirmə prosesinin imtahan adlandırılması düzgün deyil, bunlar fərqli anlayışlardır, bu ifadələr işlədilərkən buna diqqət yetirilməlidir.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, imtahan sözünün mənfi yükü var: “Kimin günahıdır bilmirəm, bəlkə də müəllimlərin üzündən şagirdlər imtahana stress kimi baxırlar. Biz imtahan sözündən imtina etmişik, qiymətləndirmə işlədirik. Biz öyrəndiklərimizi qiymətləndirməliyik. Bunun üçün məktəblərdə qiymətləndirmələr keçirilir”.

Daha çox xəbərlər