Sosial 

İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb ediləcək? – RƏSMİ

“İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunmayacaq”.

ARANTV.AZ-ın  məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Sədr qeyd edib ki, DİM pandemiya ilə əlaqədar tərtib olunan qaydalara əməl edir:

“İmtahanda iştirak edən hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontakta olmayıb. Biz sadəcə təqdim olunan bəyannaməyə baxırıq”.

“Hərarəti olanlar da imtahana buraxılmır”, – deyə o əlavə edib.

Daha çox xəbərlər