Azərbaycan biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində 70-ci yeri tutub
Azərbaycan “Forbes” jurnalı tərəfindən tərtib edilmiş biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində (“Best Countries for Business”) 161 ölkə arasında 70-ci yeri tutub.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, reytinqə Böyük Britaniya başçılıq edir. Onun ardınca İsveç, Honkonq, Niderland, Yeni Zelandiya, Kanada, Danimarka, Sinqapur, Avstraliya və İsveçrə qərarlaşıblar.
MDB ölkələrinə gəlincə isə Gürcüstan 44-cü, Rusiya – 55-ci, Qazaxıstan 87-ci, Belarus – 88-ci, Özbəkistan 105-ci, Tacikistan – 124-cü, Qırğızıstan isə 108-ci yeri turur.

