Sosial 

“Cütçü” oynayan şəhid: “Baxarsız, bu video çox məşhur olacaq”

“Cütçü” oynayan şəhid Fədailin dastanı yəqin hər birinizə maraqlıdır.

ARANTV.AZ  Sonxeber.az-a istinadən şəhidin qısa həyat hekayəsini yaxınlarının dili ilə izləyicilərə təqdim edir:

“Fədail evin kiçiyi idi. Atası deyir ki, o digər oğlanlarından fərqli olaraq, Fədail hərbçi olmaq istəyirdi.
Atası onun hərbçi olmasına razı deyildi. O xəlvətcə bütün sənədlərini yığıb müddətdən artıq hərbi xidmət üçün verib.

Yolda maşını saxladıb ki, oynamaq istəyirəm. Fleş-kartda axtarıb “Cütçü” rəqsini qoyub, özü də qara zurnada. Başlayıb yolun ortasında oynamağa. Doyunca da oynayıb. Sonra dayısına deyib ki, sür, getdik. Həmin videonu da dayısı çəkib. Beyləqana girəndə, dayısına deyib ki, çəkin, qoy yadigar qalsın, baxarsız, bu video çox məşhur olacaq. Elə də oldu.

Müharibənin ilk günündən Fədail döyüşə atılıb. Füzulinin onlarla kəndinin azad olunmasında iştirak edib. atası deyib ki, kəşfiyyatçı imiş Fədail. Heç vaxt döyüşdən, harada olmasından danışmazdı. Zəng edəndə gah deyirdi ki, Füzulidəyəm, gah Cəbrayılda. Dəqiq yerini demirdi.

Göstərdiyi qəhrəmanlığa görə, “Vətən uğrunda” medalıyla təltif olunub Fədail”.

Daha çox xəbərlər