Çavuşoğlu Yaxın Şərq ölkələrinə səfər edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 9-dan 11-dək Küveyt, Oman və Qətərə səfər edəcək.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Nazir səfər çərçivəsində hər üç ölkədən rəsmi şəxslərlə görüşəcək və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Bundan başqa, bir sıra regional məsələlər də müzakirə olunacaq.

