Sosial 

Nazirliyin şöbə müdiri: “Məsələlərin həlli üçün danışıqlar aparılır”

“Kür çayının suyunun bölüşdürülməsi, idarəolunması ilə bağlı Gürcüstan tərəfi ilə müqavilə üzərində işlər davam etdirilir. Məsələlərin həlli üçün danışıqlar aparılır”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib:

“Hazırda danışıqlar gedir. Biz çalışırıq ki, saziş layihəsinin hazırlanması ilə bağlı Gürcüstanla apardığımız işləri yekunlaşdıraq, eyni zamanda Türkiyə ilə əməkdaşlığımızı davam etdirək”.

Daha çox xəbərlər