Arktika 2050-ci ilədək buzsuz qala bilər
Dünyanı təhdid edən şimal təhlükəsi: bu tarixə qədər…
ARANTV.AZ xəbər verir ki, bunu Rusiya Federasiyası Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yaz aylarında Arktikanın, ümumiyyətlə, buzsuz olacağı ehtimalı böyükdür: “Bir çox iqlimşünasın hesablamalarına görə, 2050 və ya ən azı 2060-cı ilə qədər Arktikanın buz örtüyündən azad olması ehtimalı böyükdür” .
Vilfandın sözlərinə görə, Arktikanın buz sahəsi son 40 ildə sürətlə azalmağa başlayıb.
Qeyd etmək lazımdır ki, qlobal istiləşmə “Qırmızı Kitab”a düşmüş unikal heyvan növlərini, ilk növbədə, qütb ayılarını təhdid edir.

