Siyasət 

Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün istiqamətlərdə inkişaf edir

ARANTV.AZ xəbər verir ki,  “Rusiya və Azərbaycan münasibətlərini fəal şəkildə inkişaf etdirən strateji tərəfdaşlardır. 2019-cu ildə də ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin sürətli inkişafını gözləyirik”. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirilən mətbuat konfransında deyib.

“Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün istiqamətlərdə inkişaf edir. Hökumətlərimiz arasında bütün səviyyələrdə qarşılıqlı anlayış var, prezidentlərimiz arasında əla münasibətlər mövcuddur”. Bunu 2018-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov dedi. Diplomat bildirdi ki, bu il əməkdaşlıq barədə razılığa gəlinən sahələr üzrə növbəti ildə təbirlər görüləcək. Vurğuladı ki, bu il ilk növbədə iqtisadi və ticari əlaqələrin inkişafı baxımından bir çox razılıq əldə olunub. 2019-cu il ticarət sahəsində əməkdaşlığın daha da inkişafı baxımından zəngin olacaq. Rusiya tərəfi həmçinin humanitar münasibətlər üzrə tədbirləri artırmağı planlaşdırır. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxundu.

Mixail Bocarnikov bu ilin avqustunda Astanada Xəzər dənizinin hüquqi statusuna dair xəzəryanı ölkələrin hökumət başçılarının imzaladığı Konvensiyanı isə tarixi hadisə kimi dəyərləndirdi. “Çox xoşdur ki, Azərbaycanda da bu, ilin ən önəmli siyasi hadisələrindən biri kimi dəyərləndirilir”. Sitatın sonu. Diplomat Rusiya ilə Azərbaycanın Xəzər dənizi hövzəsində nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirdi.

Səfir Azərbaycan bölgələrinin Rusiyanın təxminən 80 regionu ilə sıx əməkdaşlığından da danışdı. Bildirdi ki, ökələrimiz arasında yüksək səviyyəli əlaqələrin qorunub saxlanmasında dövlət başçılarının böyük rolu var. O diqqətə çatdırdı ki, dostluq və tərəfdaşlıq, həmçinin mehriban qonşuluq münasibətləri Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bütün sahələrini əhatə edir.

Daha çox xəbərlər