Dünya 

Moskvada yaşayış binasında yanğın: 1 kişi öldü, 4 uşaq xəsarət aldı

Moskvanın şimal-qərbində beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, yanğın binanın beşinci mərtəbəsində olub.

Hadisə nəticəsində bir kişi həyatını itirib, 3-6 yaş aralığında 4 uşaq olmaqla bir qadın yanan mənzildən təxliyə edilib. Uşaqların müxtəlif dərəcədə xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb. Rayon prokurorunun müavini hadisə yerinə gəlib.

Yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Daha çox xəbərlər