Sosial 

Tanıdığımız, güvəndiyimiz istifadəçiləri dostluğa qəbul etməliyik – Sosial media mütəxəssisi

Xəbər verildiyi kimi, instaqram sosial şəbəkəsi şəxsi yazışmalarda təhqiredici mesajlar yazan istifadəçilərin hesablarını siləcək. Bu barədə şirkətin məlumatında qeyd olunub. İndiyə qədər instaqram şəxsi mesajlarda təhqirə görə istifadəçini müvəqqəti olaraq yazışmalardan məhrum edirdi. Şirkətin yeni qərarına əsasən, təhqiredici ifadələrlə yanaşı, irqi və dini mənsubiyyət əlamətlərinə görə düşmənçiliyi qızışdıran şəxslərin də hesabları silinəcək. Məlumatda istifadəçini izləməyən şəxslərin də ismarış göndərmək hüququndan məhrum olunacağı qeyd olunub.

Sosial media mütəxəssisi Orxan Rzayev sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sosial media platformaları istifadəçilərin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün hər keçən gün yeni texnologiyalar test edirlər. Çünki sosial şəbəkələr aktivliyini qoruması və pul qazanması üçün istifadəçi sayını artırmalıdır.

Necə edək ki, instaqram hesabımızın təhlükəsizliyini qoruyaq?

Mütəxəssis qeyd edib ki, istifadəçilər isə özünü rahat və təhlükəsiz hiss etdikləri platformalarda vaxt keçirirlər. Fake profillərin qarşısını almaq həmin sosial şəbəkələrin işidir, yəni biz istifadəçi olaraq buna qarşı hansısa mübarizə apara bilmərik. Biz yalnız bizə qarşı narahatlıq yaradan profillər olduqda onu şikayət edərək bloklanmasına və ya silinməsinə nail ola bilərik. Edə biləcəyimiz şey mümkün qədər tanıdığımız, güvəndiyimiz istifadəçiləri dostluğa qəbul etmək və onlarla ünsiyyət qurmaq, keyfiyyətli səhifələri və profilləri izləmək lazımdır. Amma istənilən halda sürprizlərə hazır olmaq lazımdır.

Daha çox xəbərlər