Sosial 

Açıq havada maskadan istifadə nə zaman ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda gündəlik yoluxma sayında xeyli azalma müşahidə olunur. Artıq gündəlik yoluxanların sayı 4000-dən 156-a düşüb. Ölənlərin sayında da kəskin azalma var. Qeyd edək ki, yanvarın 18-dən ölkəmizdə vaksinasiyaya başlanılıb. Vaksinasiyanın yoluxma sayını minimuma endirəcəyi gözlənilir. Bu gün hər kəsi maraqlandıran açıq havada maskadan istifadə ilə bağlı məcburiyyətin nə zaman ləğv edilməsidir. Azərbaycanda açıq havada maskadan istifadə məcburiyyəti nə zaman ləğv edilə bilər?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, açıq havada maska istifadəsi ilə bağlı məcburiyyətin aradan götürülməsi hələ tezdir:

“Biz bir müddət gözləməliyik. Çünki təhlükə tam sovuşmayıb. Bu gün dünyada koronavirusun yeni dalğasının başlaması ilə bağlı təhlükə mövcuddur. Bu baxımdan da biz hələ bu qərarın ləğv edilməsi ilə bağlı tələsməməliyik. Hesab edirəm ki, bir müddət də səbr edək. İnsanlar qoyulan qaydalara əməl etsinlər və maskasız gəzməsinlər. Vaksinasiya prosesi xeyli irəlilədikdən və virusun yayılma sürəti zəiflədikdən sonra biz açıq havada maskadan istifadə ilə bağlı məcburiyyətin ləğv edilmsinə baxıla bilər. Amma bu gün bu məsələ real səslənilmir”.

Daha çox xəbərlər