Sosial 

Azərbaycanda ətin və çörəyin qiyməti bahalaşdırılır? – AÇIQLAMA

Azərbaycanda çörəyin və ətin bahalaşması ilə bağlı ara-sıra mətbuatda məlumatlar yayılır. Yanacaqdan sonra suyun da qiymətinin iki qat qaldırılması Azərbaycanda unun, çörəyin və ətin də bahalaşacağı ilə bağlı iddiaların səslənməsinə səbəb olub. Azərbaycanda çörəyin və ətin qiyməti bahalaşa bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycan hər iki məhsulla bağlı yerli təlabatın yarısını idxal edir:

“Dünya bazarında ərzaq buğdasının qiyməti bahalaşıb. Bu bahalaşma Azərbaycana da təsir etməlidir. Sahibkarların əllərindəki məhsul tükənəndən sonra yenidən sifariş verməlidirlər.

Bilirsiniz ki, hökumət buğdanı əlavə gəlir vergisindən azad edibdir. Unun hər tonuna görə 35 manat kompensasiya nəzərdə tutub. Amma dünya bazarında unun və ərzaq buğdasının qiyməti bahalaşıbsa, sözsüz ki, bu Azərbaycanda çörəyin qiymətinə təsir etməlidir. Bəzi yerlərdə çörəyin qiymətinin 10 qəpik bahalaşdırıb, ya da çəkisini azaldıblar.

Akif Nəsirli vurğulayıb ki, ətin qiyməti əslində ucuzlaşmalı idi:

“Çünki kafe və restoranlar, şadlıq evləri bağlı idi. Yas və digər mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoyulub. Bir sözlə ətə böyük təlabat yaradacaq sahələr işləmirdi. Ona görə də ətin qiymətində ucuzlaşma olmalı idi.

Rayonlarda bu ucuzlaşma oldu. Yəni mal ətinin qiyməti 6 manata, qoyun ətinin qiyməti isə 8-9 manata satılırdı. Hazırda bəzi rayonlarda ətin qiyməti aşağıdır. Amma bu ucuzlaşma Bakı və Abşeron rayonunda olmadır. Bu gün artıq kafe, restoranlar açıq olduğuna görə, ətə olan təlabat artıbdır. Bu səbəbdən də ətin qiyməti bahalaşamaya meyilidir. Bu təbiidir. Çünki təlabat aşağı olduğuna görə ətin idxalı azalıbdır. Ölkədə təlabat artıqca ətin qiymətinin bahalaşması gözləniləndir”.

Daha çox xəbərlər