Dünya 

İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxub

İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxub.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bunu İranın Koronavirusla mübarizə qərargahının sözçüsü Əlirza  Rəisi deyib.

O əlavə edib ki, indiyədək koronavirusun “Britaniya ştammı”na yoluxmuş şəxslərdən 8 nəfəri vəfat edib.

Qeyd edək ki, İranda indiyədək koronavirusdan 59 663 nəfər həyatını itirib, bu virusa yoluxanların sayı isə 1 590 605 nəfərə çatıb.

Daha çox xəbərlər