Sosial 

Xocalı sakinlərinə kompensasiyaların verilməsi ilə bağlı işlər görülür – Ombudsman

Xocalı faciəsini törədənlərə qarşı Azərbaycan istintaq orqanları tədbirləri davam etdirir.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq cinayət işlərinin istintaqı davam etdirilir:

“Azərbaycanın istintaq orqanları Ermənistanın həm hərbi, həm siyasi rəhbərləri barədə cinayət işi qaldırıb. Proses davam edir. Xocalı sakinlərinə dəymiş ziyanla bağlı kompensasiyaların verilməsi ilə bağlı işlər görülür”

Daha çox xəbərlər