İcra başçısı şöbə müdirini işdən çıxardı

Saatlı Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı RİH-nin başçısı Elmir Bağırov əmr imzalayıb.

Əmrə əsasən, hüquq şöbəsinin müdiri Nurəddin Abdiyev vəzifəsindən azad olunub.

Qeyd edək ki, hazırda həmin şöbənin müdiri vəzifəsini müvəqqəti olaraq Rövşən Muradov icra edir.Unikal.org