Qripdən daha bir nəfər öldü
Gürcüstanın Qori şəhərində 39 yaşlı qadın qrip virusundan ölüb.
ARANTV.AZ “Report”a istinadən verdiyi xəbərə görə, pasiyenti dünən gecə saatlarında qrip simptomları ilə ağır vəziyyətdə xəstəxanaya çatdırıblar.
Qeyd edək ki, Gürcüstanda ötən ay H1N1 virusundan (“donuz qripi”) iki nəfər ölüb. Qonşu ölkədə qrip virusu geniş yayılıb. Son statistik məlumatlara əsasən, 100 min nəfər arasında 276 nəfər qripdən əziyyət çəkir. Öncəki göstərici 100 min nəfərə 221 nəfər olub.

