Azərbaycanda apreldən ictimai nəqliyyatda qiymət bahalaşır? – AÇIQLAMA
Aİ-92 növ benzinin, dizelin və suyun qiyməti qaldırıldıqdan sonra ictimai nəqliyyatda da qiymət artımının olacağı iddia edilir. Belə ki, vətəndaşlar arasında aprel ayından sonra gediş haqqının 35-40 qəpik bahalaşacağlı ilə bağlı fikirlər səsləndirilir.
Bəs görəsən bu fikirlər nə dərəcədə həqiqəti əks etdirir ?
Məsələ ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, yanacaqdan sonra suyun da qiymətinin qaldırılması, ictimai nəqliyyatda da gediş haqqının bahalaşma ehtimalını ortaya çıxarır.
“Son günlər qeydə alınan qiymət artımı insanlar arasında ictimai nəqliyyatda da qiymətlərin qaldırılması ehtimalı kimi fikirlər formalaşdırır. Düzdür hazırda bu barədə dəqiq fikir səsləndirmək çətin olsa da, sadəcə onu deyə bilərəm ki, əvvəlki dövrlə müqayisədə, bu il yaranan faktorlar ictimai nəqliyyatda qiymətin artırılması ehtimalını çoxaldır”.

