Siyasət 

ATƏT sədri Azərbaycana gələcək

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırır.

ARANTV.AZ Report-a istinadən xəbər verir ki, regiona səfər fevral ayının ortalarına planlaşdırılıb.

Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.

Daha əvvəl bildirilirdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.

Daha çox xəbərlər