Gündəm 

Bayram günlərində avtovağzallardan 111 mindən çox sərnişin daşınıb

ARANTV.AZ xəbər verir ki, Bayram günlərində avtovağzallardan daşınan sərnişinlərin sayı açıqlanıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, dekabrın 28-dən yanvarın 3-nədək respublika üzrə 111 min 66 sərnişin tam təhlükəsiz şəkildə daşınıb. Regionlarda həftənin sonuna qədər istirahətini davam etdirən sərnişinlər üçün respublikanın ümumilikdə 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejiminin müddəti sabahadək uzadılıb.

Daha çox xəbərlər