Manset Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı özünün yaradılmasının 28-ci ildönümünü Vətən müharibəsinin şəhid ailələri-VİDEO+FOTO

YAP Bərdə rayon təşkilatı özünün yaradılmasının 28-ci ildönümünü Vətən müharibəsinin şəhid ailələri ilə birgə qeyd etmişdir.

ARANTV.AZ xəbər verir ki ,Görüşdən əvvəl YAP Bərdə rayon təşkilatının Sədri Fəqət Şadlinskaya başda olmaqla bir qrup partiya fəalları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Sonra Heydər Əliyev Mərkəzindəki muzeyə ekskursiya edilərək Ulu Öndərin həyat və fəaliyyəti, zəngin irsini, eləcədə rayona etdiyi səfərləri əks etdirən eksponatlara baxış keçirilmişdir.

Daha sonra Vətən müharibəsində Ermənistan Ordusun Bərdənin Qarayusifli kəndinə atdığı bomba nəticəsində şəhid olmuş YAP üzvu Aybəniz Ehmədovanın ailəsinə baş çəkilmişdir.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü.Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Eyni zamanda Aybəniz Əhmədovanın ailə üzvüləri də möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərinin həlli üçün köməkliklər göstərmişlər.

 

Daha çox xəbərlər