Gizli yığıncaq təşkil edənlər tutuldu – FOTO
Tərtərdə yığıncaq təşkil edən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kəndində yerləşən fərdi yaşayış evində karantin qaydalarına zidd olaraq yığıncaq təşkil edən şəxslər müəyyən edilib.
Yığıncağın təşkilatçısı da daxil olmaqla, ümumilikdə dörd nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

