Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 382 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 276 067, ölənlərin sayı isə 3 665 nəfərə çatıb.
Virusa yoluxanlardan 269 006 nəfərin sağaldığı bildirilir.

