TAP qaz kəmərini İtaliyada qaz şəbəkəsinə birləşdirəcək yeni kəmərin tikintisinin vaxtı açıqlanıb
ARANTV.AZ xəbər verir ki, Trans-Anadolu qaz kəmərinin İtaliyada qaz şəbəkəsinə birləşdirəcək yeni kəmərin tikintisinin vaxtı açıqlanıb. İtaliya Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumatda deylir ki, yanvarın 12-də İtaliyada Trans-Adriatik qaz kəmərinin qəbuledici terminalını “Snam Rete” qaz şəbəkəsinə birləşdirəcək interkonnektor qaz xəttinin tikintisi layihəsinin reallaşdırılması üzrə hazırlıq işlərinə başlanacaq. “Snam-TAP” layihəsi üzrə 55 kilometrlik interkonnektor qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Ümumi dəyəri 4,5 milyard avro olan Trans-Adriatik qaz kəməri isə “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının Avropaya nəqlini həyata keçirəcək TAP layihəsinin 550 kilometrlik hissəsi Yunanıstan, 215 kilometri Albaniya, 105 kilometri Adriatik dənizinin dibi və 8 kilometri İtaliya ərazisindən keçəcək.

