Dünya 

Ermənistan fəlakətin astanasında: reanimasiya şöbələrində yer qalmayıb

Ermənistanda koronavirusa gündəlik yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb mərkəzlərinin reanimasiya şöbələrində demək olar ki, yer qalmayıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, hazırda ölkə üzrə reanimasiya şöbələrində 262 yerdən 259-u tutulub. Müalicə olunan koronavirus xəstələrinin 750-si ağır vəziyyətdədir, 63 nəfər isə süni nəfəs aparatına qoşulub.

Ötən gün Ermənistanda 1 164 yeni yoluxma qeydə alınıb. Bu günədək virusdan ölənərin sayı 3 400-ə çatıb.

Daha çox xəbərlər