Şəhid Hüseyinzadə Elməddin yaşasaydı 23 yaşi tamam olacaqdı-VİDEO
Dünən Şəhidimiz Hüseyinzadə Elməddinin doğum günü idi,yaşasaydı 23yaşi tamam olacaqdı Hüseyinzadə Elməddin Fərman oğlu 1998 ci il martın 24 də Bərdə rayonunun Sərkarlar kəndində anadan olub.
Müharibə başlayan günlərdə Elməddin Hüseynzadə 41 gün imiş ki, ordu sıralarında xidmət gösdərirmiş.
Sentyabrın 27-də başlayan döyüşlərdən iki gün sonra Hüseyinzadə Elməddin Fərman oğlu Tərtər rayonunun Suqovuşan istiqamətində aparılan hərbi əməliyyatda son döyüşü olub.
O bu döyüşdə Qəhrəmancasına şəhid olub. Hüseyinzadə Elməddin Bərdə rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.O Vətən Müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə Ali Baş Komandan İlham Əliyev tərəfindən“Vətən uğrunda “medalı ilə təltif olunub.Şəhidin doğum günündə məzarı ziyarət edilib,ruhuna dualar oxunub.
Məzarı önünə gül-çiçekləri düzülüb.Şəhidin həyat yoluna nəzər salınıb.
Ziyarətçilər torpaq uğrunda canından keçən qəhrəmanın xatirəsini dərin hörmət və ehtiramla yad edib, ailəsinə başsağlığı veriblər.
Daha sonra Şəhidlər xiyabanında olan ziyarətçılər Şəhid Hüseyinzadə Elməddinin yaşadığı mənzildə olmuşlar, şəhidin döyüş yolu haqqında ətraflı söhbətlər aparılmışlar.
Onu da qeyd edək ki, Elməddin Hüseyinzadə evin tək ogludur. İndi onun şəhid adını əzizləyən anası var. Allah səbr versin,sənə şəhid anası.

