Sosial 

Buzovna küçələrini yuyan qrunt suları “aydınlıq” deyil – VİDEO

Qrunt suları Buzovna qəsəbəsinin yollarını keçilməz edib.

Bunu “ARB Xəbər”ə qəsəbə sakinləri deyib.

Onların sözlərinə görə, telefon xətləri üçün nəzərdə tutulan drenajlara yığılan çirkli suların küçəyə axması gediş-gəlişə mane olmaqla yanaşı, maşınların xarab olmasına və evlərin su ilə dolmasına səbəb olur.

Məsələ ilə bağlı açıqlama verən Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, qəsəbənin bu vəziyyətdə olmasının səbəbi sözügedən ərazidə kanalizasiya sisteminin olmamasıdır:

“2021-ci il üçün nəzərdə tutulan layihədə həmin qəsəbəyə kanalizasiya xətlərinin çəkilməsi daxildir”.

Daha çox xəbərlər