Azərbaycan ordusunun hərbi qulluqçusu həlak olub
Azərbaycan ordusunun hərbi qulluqçusu göldə boğulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən Azərbaycan ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.

