Ötən il 39 min 748 “e-imza” sertifikatı istifadəyə verilib
ARANTV.AZ xəbər verir ki, Ölkəmizdə “Elektron imza” sertifikatlarının sayının artması ilə yanaşı, ondan istifadə miqyası da genişlənib. Ötən il 39 min 748 “E-imza” sertifikatı istifadəyə verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 39 min 748 ədəd təşkil edib. İstifadəyə verildiyi gündən bu il yanvarın 1-dək olan statistikaya əsasən, ümumilikdə 166 min 890 “E-imza” sertifikatı təqdim olunub. Son bir ayda “E-imza” sertifikatlarının sayı 3 min 146 olub. Bununla yanaşı, “E-imza” vasitəsilə həyata keçirilən əməliyyatların sayında da artım qeydə alınıb. Bu günə qədər ümumilikdə 45 milyon 323 min 382 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci il ərzində isə aparılan əməliyyatların ümumi sayı 15 milyon 451 min 832 olub. Onlardan dövlət qurumlarının payına 12 milyon 127 min 63, hüquqi və fiziki şəxslərin payına isə 3 milyon 324 min 769 əməliyyat düşüb. “E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.

