Azərbaycanda çəkisi 2 kiloqram olan qeyri-adi meyvə yetişdirilib – Fotolar
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının seleksiya bağında iri həcmli sitrus meyvəsi – pomelo yetişdirilir.
ARANTV.AZ Azərtac-a istinadən xəbər verir ki, vətəni Cənub-Şərqi Asiya olan, ölkəmizdə isə yalnız cənub bölgəsində yetişdirilən pomelo sitrus meyvəsinin çəkisi 2 kiloqrama çatır.
Digər sitrus meyvələri kimi, suya təlabatlı olan pomelonun tərkibi vitamin və minerallarla zəngindir.


