Hadisə 

Ağdaşda faciə: gənc oğlan öldü

Ağdaş rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə Mürsəl kəndi yaxınlığından keçən magistral yolda baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.

Daha çox xəbərlər