Maraqlı 

İdmanın uşaqların inkişafında olan böyük rolu

İdmanla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün çox faydalıdır. Buna görə də uşaqların əsasən də yeniyetməlik yaşında idmana yönləndirilməsi məsləhət görülür. Araşdırmalar göstərir ki, idmanın nəinki insana fizioloji, eyni zamanda, psixoloji faydası çoxdur. İdmanın aşağıdakı faydalarına diqqət yetirək.

İdman etmək uşağın özünə olan güvənini  artırır. Tenis, üzgüçülük, basketbol və ya voleybol kimi idman növləri ilə məşğul olan uşaqlarda həmişə yeni fəaliyyət növlərini sınamağa maraq daha çox olur və bu yeniliklər onları heç vaxt qorxutmur.

İdman uşaqlarda liderlik bacarığı formalaşdırır. Liderlik bacarığı uşağın həyatında önəmlidir və başqaları ilə qurduğu münasibətlər onlarda liderlik xüsusiyyətini inkişaf etdirir.

İdman uşaqlarda müsbət xarakterik xüsusiyyətlərin formalaşmasına köməklik göstərir. Məsələn, futbol oyunu uşaq üçün təkcə topa vurmaq deyil, eyni zamanda, bu oyunu oynamağa başlayarkən uşaqda qaydalara riayət etmək, bölüşmək, münasibət qurmaq, vaxtı səmərəli istifadə etmək və s. kimi keyfiyyətlər formalaşdırır.

İdman uşaqlarda daha rahat dostluq qurmaq bacarığı formalaşdırır. Xüsusilə daha çox özünə qapanıq olan uşaqlar dostluq qurmaqda çətinlik yaşaya bilirlər. Buna görə bir idman komandasının üzvü olmaq, bir yerdə uşaqlarla vaxt keçirmək dostluq qurmağı daha da asanlaşdıracaq. Saatlarla aparılan idman məşqləri zamanı uşaqlar bir-birinə bağlanır və bu sayədə sosiallaşır. Bunun nəticəsində də onlar uzunmüddətli dostluqlar qura bilirlər.

İdmanın uşaqların fiziki görünüşlərinə də təsiri çoxdur. Xüsusilə yeniyetməlik dövründə onları  bədən quruluşları onları xüsusi narahat edir və özlərinə güvən hissləri azalır. Buna görə də idmanla məşğul olmaq onları daha sağlam və özgüvənli edəcək.

Daha çox xəbərlər