24 aprel 1915-ci il ermənilərin soyqırımı günü yox erməni terrorçularının həbsi günüdür.
24 aprelin soyqırımı kimi qondarılmasının “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür.
İşğalçı Ermənistan və onu himayə edən diaspor təşkilatları hər il 24 apreli uydurma “erməni soyqırım” günü kimi qeyd edirlər. ermənilər bu yalan və iftiraya dünyanın bir neçə qabaqcıl ölkələrini də inandırmağa nail olublar. Timsah göz yaşı tökən, özlərini məzlum bir xalq kimi dünyaya göstərən hiyləgər ermenilər hec bir həqiqətə söykənməyən, 1 milyon 500 min nəfər erməninin qırıldığından yazırlar. Bütün rəsmi məlumatlar təsdiq edir ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı Türkiyəsində təqribən 1,3 milyon erməni yaşayıb və subut kimi də kutləvi erməni soyqırım qurbanlarının bir məzarlığını göstərə bilmirlər. Hec o vaxt sayca Türkiyə ərazisində 1 milyon 500 min nəfər erməni olmayıb. Həmişə yalan və böhtan yazan ermənilərdən həqiqəti gözləmək özünü aldatmaq kimidir. Bu gün “Saxta erməni “soyqırımını’’ taniyanlar ermenilerin II əsrdə 2 milyondan cox azərbaycanlının qanina eli bulaşmış erməni vəhşiliklərinə niyə göz yumurlar?!

Türkiyə hökuməti baş vermiş hadisələri ifadə etmək üçün “soyqırım” ifadəsini düzgün hesab etmir hətta Türkiyənin heç bir dövlət qarşısında bu saxta soyqırım iddiası ilə bağlı gizlətdiyi tarixi sənəd, arxiv məlumatı yoxdur. Xatırladaq ki, hələ 2005-ci ilin aprelin əvvəlində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq rəhbəri R.Köçəryana müraciət edərək soyqırımı iddialarının araşdırılması üçün müştərək komissiya yaradılmasını, Türkiyə və dünya arxivlərində bu məsələ ilə bağlı bütün sənədlərin üzə çıxarılmasını təklif etmişdi. Lakin məktub hələ də bu günə qədər cavabsız qalır.
Erməni məsələləri üzrə araşdırmaçı siyasi tarixci, professor Y.Sarınay bildirir: həmin ilin oktyabrında Avropa Parlamenti Türkiyəyə soyqırımını tanımağı və Ermənistanla sərhədi açmağı tövsiyə etmişdi. Osmanlı dövrünün tarixini araşdırmaq üçün arxivlərimizə gələn Qərb dövlətlərinin tədqiqatçıları olur, hətta başqa ölkədə yaşayan erməniəsilli alimlər də gəlirlər. Lakin indiyədək bu qədər çağırışlarımıza baxmayaraq, Ermənistandan bir nəfər də olsun tədqiqatçı bizə müraciət etməyib. Üz-üzə oturub araşdırma aparmaqdan boyun qaçırıblar.
Beləliklə gələnlər də daha çox Osmanlı tarixi ilə maraqlanırlar. Nədənsə Qərb alimləri yaşadıqları ölkələrdə erməni diasporunun psixoloji təzyiqləri, hədə-qorxuları üzündən arxivlərə gəlməkdən və bu sahəni araşdırmaqdan çəkinirlər. Qeyd edək ki, indiyədək ermənilərin uydurma soyqırımı iddiasını 27 dövlət tanıyıb. Lakin bu dövlətlərin heç biri rəsmi olaraq araşdırmaq məqsədilə öz tarixçisini Türkiyəyə göndərməyib. Biz de Ermənilərin soyqırım saxtakarlıgı beynəlxalq məhkəməyə verək. Məkrli və hiyləgər erməni yalanı güclü və tutarlı dəlillərlə ifşa olunmalidir. Bu məsələyə, yandan, ötəri baxıb ermənidi deyib kecmək olmaz. Məsələ ciddi məsələdir. Hətta ermənilər sadəcə tanınmayla kifayətlənməyiblər, demokratik ölkələrin əksəriyyətində uydurma “soyqırım” abidələrinin qoyulmasına nail olublar, bədnam iddialarını təbliğ edən 10 minlərlə sayt yaradıblar, filmlər çəkdiriblər, bəzi ölkələrdə mövzunu dərsliklərə salıblar, kitablar yazdırıblar və indi də demokratik Avropa dövlətlərində “soyqırım yoxdu” deyənin cəzalandırılmasını qanuniləşdirirlər.
Bəs biz turklər necə təbliğat aparırıq?!
Tarix boyu ermənilər tərəfindən soyqırımlara məruz qalan biz türklər yalandan dünyaya göz yaşı töküb özünü yazıq türklər tərəfindən ata, babaları öldürülmüş məzlum xalq kimi də göstərən hiyləgər ermənilər
Əslində, o zaman nə baş verib və ermənilər 24 aprel tarixini niye uydurdular ?
O zaman böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə edirdiler. Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən müxtəlif planlar cızırdılar. Məqsəd: Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi, Türkiyənin bir dövlət kimi məhv edilməsi idi.

Tarixi mənbələrdən göründüyü kimi, o zaman Rusların hücumundan ruhlanan Türkiyə erməniləri indi “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolunun 6 vilayətində (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) müstəqil dövlət qurmaq üçün hər yerdə türkləri qırıb məhv etməyə başlamışdılar. 1915-ci il mayın 14-də rus ordusu Van şəhərini ələ keçirdikdən sonra ermənilər 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar. Rusların himayəsi altında Van şəhərində erməni hökuməti qurulmuşdu. Qısa müddət ərzində Vanda təqribən 250 min erməni toplaşmışdı.”
Ermənilərin türk ordusuna arxadan zərbə vurmasının, terror və təxribatlar törətməsinin qarşısını almaq məqsədilə Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb, müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə 1915-ci il mayın 28-də köçürmə işlərinə başlanılmışdı. Mövcud olan imkanlar nəzərə alınmaqla və ədalətlə müəyyən edilən köçürmə şərtləri hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi.
Beləcə 1965-ci ildən etibarən ermənilər hər il aprelin 24-nü “soyqırım günü” kimi qeyd edirlər. Onlar iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırıblar. Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə Osmanlı dövlətinə xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi.

Türkiyə kimi bir ölkə içində gizlənmiş bu cür insanlara qarşı tədbir görürsə, bunu normal qarşılamaq lazımdır.
Tarixi sənədlər, açılan arxivlər göstərir ki, ermənilər zaman-zaman tək Osmanlı türklərinə qarşı yox dünyada yaşayan türk xalqlarına qarşı soyqırımı siyasəti aparıblar. Bunu ermənilər özləri də çox yaxşı bilirlər. Bir şüarları olub: sonuncu “kor, kar, lal türk görsəniz öldürün.
Şəmkir Peşə Liseyi və Şəmkir Koltəhnəli kənd tam orta məktəbin müəllimi Vəliyeva Maral

