Bakının mərkəzində iki ağac aşıb: Avtomobilə ziyan dəyib – FOTO
Bakıda güclü külək irigövdəli ağacları aşırıb.
Trend-in məlumatına görə, hadisə Səbail və Yasamal rayonlarında qeydə alınıb.
Neftçilər prospektində aşan ağac xoşbəxtlikdən ətrafa ziyan vurmayıb, İnşaatçılar prospektində isə, ağac minik avtomobilinin üzərinə aşıb.
Nəticədə “Reno” markalı avtomobilə ziyan dəyib.

