Sosial 

İşğaldan azad olunan ərazilərdəki su hövzəsinə 1 500 balıq körpəsi buraxılacaq

“Füzuli rayonunda yerləşən “Köndələnçay-1 su anbarı”na ümumilikdə 1 500 balıq körpəsi buraxılacaq”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, balıqlardan 1 000 çəkikimi, 500-ü isə ağamur balıq körpələridir.

“Bu proses işğaldan azad olunan ərazilərdəki su hövzələrində balıqların təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək”, – deyə o əlavə edib.

Daha çox xəbərlər