Qazaxıstanda son sutkada koronavirusa 2 883 nəfər yoluxub
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 883 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 316 965 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 271 289 nəfəri sağalıb, 3 621 nəfəri isə vəfat edib.

