Sosial 

Dünya mətbəxinin ən məşhur yeməkləri

ARANTV.AZ “İftar menyusu”nu təqdim edir:

Lovo
Ərzaqlar:
Hinduşka filesi – 300 qr.
Qoyun əti – 300 qr.
Dana əti – 300 qr.
Qaraciyər – 300 qr.
Kabaçok – 1 ədəd
Bitki yağı – 1/3 st.
Sarımsaq – 5 diş
Göyərti, ədviyyat, duz və istiot zövqə görə

Hazırlanması:
Hinduşka, qoyun, dana əti və ciyəri eyni ölçüdə doğrayıb, yağda yumuşalana qədər qovur. Üzərinə xırda doğranmış sarımsağı və kabaçoku tök. Sonda ədviyyatı, xırda doğranmış göyərtini, duz və istiotu əlavə et.

Türlü
Ərzaqlar:
Sümüksüz quzu əti – 250 qr.
Təzə lobya – 150 qr.
Badımcan – 1 ədəd
Kabaçok – 1 ədəd
Soğan – 2 ədəd
Şirin bibər – 2 ədəd
Sarımsaq – 2 diş
Pomidor – 250 qr.
Ət bulyonu – 1 st.
Yağ – 4 xörək qaşığı
Duz və istiot zövqə görə

Hazırlanması:
Lobyanı, badımcanı, bibəri, pomidoru və kabaçoku təmizləyib, dördkünc şəkildə, soğanla sarımsağı isə çox xırda doğra. Əvvəlcədən isidilmiş tavaya yağı, əti və soğanı töküb qovur. Ət bir az yumşalandan sonra tərəvəzləri, sarımsağı, duzu və istiotu əlavə edib, bir qədər qovur. Bulyonu əlavə edib, tərəvəzlər yumşalana qədər bişir.

Şokoladlı rahathulqum

Ərzaqlar:
Yoqurt – 3 qutu
Şokoladlı peçenye -300 qr.
Jelatin – 15 qr.
Vanil – 1 paket
Süt – 1/2 stəkan

Hazırlanması:
Jelatini südlə qarışdırıb, vam odda əriyənə qədər bişir. Yoqurtu vanillə qarışdırıb, jelatinə əlavə et. Peçenyeləri əzib, bir qaba yığıb, üzərinə yoqurtlu qarışığı tök. Üstünə xırdalanmış şokolad əlavə edib, soyuducuda 1 saat saxladıqdan sonra süfrəyə ver.

Daha çox xəbərlər