Gündəm 

Qələbəmizin Simvolu Hərbi Qənimətlər Parkı

Tarixi olmayan bir dövlətin   illərdir  bizimlə  torpaq  iddiasında  olması  milli  və mənəvi dəyərlərimizə göz  dikməsi,   torpaqlarımızı qəsb edərək xalqımıza qarşı törətmiş olduqları amansız  terrorçuluq və  vəhşilik bir daha  Erməni dövlətinin nə qədər amansız,  təcavüzkar və qətliamçı olduğunu sübut  etdi.1988-ci illərdən bəri öz çirkin niyyətlərini önə sürərək əsassız  torpaq iddialarına başlamışlar,  və bunun nəticəsində  1990-cı ildən başlayaraq,  Azərbaycan Ermənistan arasında İkinci Dağlıq  Qarabağ  Müharibəsi  başlamışdır.Birinci Dağlıq Qarabağ müharibəsində  torpaqlarımızın 20 faizi işğal olunmuşdur.30 ilə yaxın  işğalçılıq siyasəti yeridən  Ermənistan  dövləti nəhayəti  ki,  Azərbaycan Dövlətinin  ‘”Dəmir Yumruğu” ilə üzləşdi.2020-ci il  27 sentyabr tarixində  Azərbaycan Respubilkası Silahlı Qüvvələrin Müzəffər   Ali  Baş  komandanı  cənab  İlham  Əliyevin  başlatmış olduğu  ‘”Dəmir Yumruq”  əks –hücum  əməliyyatı nəticəsində  30  ilə yaxın   işğal  altında  qalmış  torpaqlarımız  sadəcə   44  gün  ərzində  rəşadətli  Azərbaycan  ordusunun şücaəti nəticəsində işğaldan azad  edildi.

44  günlük  şanlı  qələbimizi  yaşatmaq  və  gələcək nəsillərə  ötürmək üçün   Prezidentimiz cənab  İlham Əliyev  tərəfindən     Hərbi     Qənimətlər   parkı yaradıldı. Cənab  Prezident İlham  Əliyevin təşəbbüsü ilə salınan  və onun iştirakı ilə açılışı  baş tutan  Hərbi Qənimətlər  Parkı  ordumuzun  Zəfər yolunun əbədi xatirəsidir. Park  Dənizkənarı Milli Parkında yerləşir . Park  Azərbaycan Silahlı Qüvvələrin İkinci Qarabağ müharibəsində  qazandığı qələbəyə həsr olunub.

Parkda  Ermənistan Silahlı  qüvvələrinə  məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, “Qrad ” qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin “Qələbə” tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.

Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi.

Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.Həmçinin parkda Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları da var.

Parkda müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan Silahlı Qüvvələri qoşunlarının mum manikenləri nümayiş etdirilir.

Bu muzey xalqımız üçün  Qələbə, Ermənistan üçün işğalın ağır  nəticələrinin simvolu olacaqdır.

SƏLİMLİ ŞƏBNƏM AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ
SOSİAL MENECMENT FAKÜLTƏSİ
III KURS

Daha çox xəbərlər