Sosial 

Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq

Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidələr sayılacaq.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bununla bağlı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

Daha çox xəbərlər