Təhsil 

Emin Əmrullayev canlı yayımda sualları cavablandıracaq – FOTO

Təhsil Naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən təhsillə bağlı maraqlı qalan sualları cavablandıracaq.

Bu barədə nazir öz “Facebook” səhifəsində paylaşım edib.

Bildirilib ki, 8 may saat 16:00-da baş tutacaq canlı yayımda aşağıdakı mövzulara toxunulacaq:

– Pandemiya dövründə tədrisin təşkili.
– Müəllimlərin işə qəbulu və yerdəyişməsi.
– 1-ci sinfə qəbul.
– Təhsil haqqı ödənişlərində sosial paket.

 

Daha çox xəbərlər