Sosial 

Polkovniklər azadlığa çıxıb

Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri azadlığa buraxılıb.

ARANTV.AZ xəbər verir ki, bununla bağlı Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar verilib.

DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov məhkəmə zalından azadlığa buraxılıb.

Hakim onlara şərti cəza verib.

Daha çox xəbərlər