Sosial 

Ulu öndər Heydər Əliyevi qürur, hörmət və ehtiramla anırıq

Dünya tarixində hakimiyyəti dövründə Vətəni və xalqı üçün əvəzsiz xidmətləri olan çoxlu dövlət başçılarını nümunə göstərmək olar. Təbii ki, hər bir insan öz Vətənini və xalqını sevməli və onun üçün canından belə keçməyə hazır olmalıdır. Lakin, tarixdə elə bir Lider, elə bir İnsan var idi ki, O, nəinki öz canını və qanını Vətəni uğrunda, milləti uğrunda qurban verməyə hazır idi, hətta öz övladlarının belə həyatından Vətənini, Azərbaycanını üstün tuturdu.

Bəli, O, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyev idi.

Dahi Şəxsiyyətin həyat yolunu demək olar ki, bütün Azərbaycan xalqı əzbər bilir və Onun öndərliyini, millətinə və Azərbaycanına olan sevgisini heç zaman unutmur.

Bütün Azərbaycan gəncliyi bu gün Ulu Öndərin bizlərə miras qoyub getdiyi, tarixlərin əfsanəvi diyarı olan doğma Azərbaycanı canla-başla qoruyur, dahi şəxsiyyətin Vətənin övladlarına olan ümidlərini layiqincə doğruldur.

Dahi Şəxsiyyətin uzaqgörən və illərdir Azərbaycanı büdrəmədən ayaqda tutan yenilməz siyasətini bu gün layiqincə davam etdirən, Qarabağ fatehi, Ali Baş Komandan cənab İlham Əliyev, Ümummilli Liderin xalqına və Vətəni-Azərbaycanına olan məhəbbətini yorulmadan qoruyur və dünyada işıqlandırır!

Bu gün Ulu Öndərin 98-ci doğum gününü bütöv Azərbaycan, Qarabağlı Azərbaycan qeyd edir! Bu gün Şuşa Heydər Əliyevin Qarabağa olan məhəbbətini xalqının dilindən eşidir!

Əfsanəvi diyarın övladı ulu öndər Heydər Əliyevi qürur, hörmət və ehtiramla anırıq!

Vəfa MÜRSƏLZADƏ,

YAP Yasamal Gənclər Birliyinin üzvü

Daha çox xəbərlər