Sosial 

Mayın 28-i ictimai nəqliyyat işləyəcək? – BNA-dan AÇIQLAMA

Xəbər verdiyimiz kimi 28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

Qeyri-iş günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulduğunu nəzərə alsaq belə bir sual yaranır: Cümə günü ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulacaqmı?

ARANTV.AZ  bildirir ki, məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu barədə hələ ki məlumat yoxdur:

“İctimai nəqliyyatın hərəkətinə məhdudiyyətin tətbiq edilməsi səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusudur. 28 may belə bir qadağa tətbiq edilərsə, qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”, – deyə qurum rəsmisi qeyd edib.

Daha çox xəbərlər