Yaylağa köç başlayıb – VİDEO
İki gün əvvəl Kürətrafı qışlaqlardan yola çıxan tərəkəmələr artıq yaylağa çatmaq üzrədirlər.
ARANTV.AZ xezerxeber.az-a istinadən bildirir ki, Gədəbəy yaylaqlarına köç edən çobanlar günlərlə yol gedib, kilometrlərlə məsafə qət edirlər.
Onlar 1000-2000 baş xırdabuynuzlu və iribuynuzlu heyvan sürüsünü min bir əziyyətlə yaylağa çatdırırlar.
Köç zamanı heyvanlardan yorulan, tələf olan da olur. Bəzən sahibsiz itlər sürüyə hücum da edir. Əsas məqsəd xırdabuynuzlu heyvanların qorxu hiss etmədən köç etməsidir.
Köçərilər qışlağa çatana kimi bir neçə yerdə gecələyirlər. Bəzən əlverişsiz hava şəraiti onları ləngidir.
Yaylaqlara köç təxminən beş-altı gün davam edir. Heyvanların yaylağa öyrəşməsi də bir neçə gün tələb edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

